Səudiyyə Ərəbistanı iranlı zəvvarlara viza verəcəyini bildirib

Səudiyyə Ərəbistanı iranlı zəvvarlara viza verəcəyini bildirib Bu ilin aprelində iranlı zəvvarlara vizanın verilməsi istiqamətində aparılan danışıqlar uğursuzluqla başa çatımışdı
Region
6 Sentyabr , 2016 14:13
Səudiyyə Ərəbistanı iranlı zəvvarlara viza verəcəyini bildirib

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Səudiyyə Ərəbistanı İran vətəndaşlarına Məkkə və Mədinəyə ziyarət üçün viza verəcək, ancaq onlar krallığa üçüncü ölkə vasitəsilə gedə bilər".

"Report" İsrail KİV-ə istinadən xəbər verir ki, bunu Səudyyə Ərəbistanının Həcc işləri üzrə naziri Məhəmməd Salah ibn Tahar bildirib.

Onun sözlərinə görə, iranlı zəvvarların Afrika və Avropa İttifaqı dövlətləri, ABŞ, Avstraliya və Yeni Zelandiya vasitəsi ilə krallığa getməsi mümkündür: "Səudiyyə Ərəbistanı dünyanın bütün millətlərindən olan insanları ziyarətdə görməkdən məmnundur".

Qeyd edək ki, ötən il sentyabrın 12-də Məkkədə ziyarət zamanı baş verən hadisə nəticəsində minə yaxın zəvvar ölüb. Ölənlərin çoxu İran vətəndaşları olub. Bundan sonra rəsmi Tehran krallığı təhlükəsizliyə əməl etməməkdə ittiham etdib. Ancaq həmin hadisənin törədilməsində İranın əli olduğu haqda da fikirlər səsələnir.

2016-cı ilin aprelində İranla krallıq arasında zəvvarlara vizanın verilməsi istiqamətində aparılan danışıqlar uğursuzluqla başa çatımışdı.  

Xatırladaq ki, Həcc ziyarəti sentyabrın 11-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi