​Səudiyyə Ərəbistanı iranlı rəsmilərə viza verib

​Səudiyyə Ərəbistanı iranlı rəsmilərə viza verib Federika Mogerini də aprelin 16-da 7 nəfərlik nümayəndə heyəti ilə İrana səfər edəcək
Region
11 Aprel , 2016 15:12
​Səudiyyə Ərəbistanı iranlı rəsmilərə viza verib

Bakı. 11 aprel. REPORT.AZ/ "Səudiyyə Ərəbistanının davranışına baxmayaraq, iranlı zəvvarların Həcc ziyarətində iştirak etməsi istiqamətində fəaliyyətimizi davam etdiririk. 4 aylıq fasilədən sonra Səudiyyə Ərəbistanı Həcc ziyarəti təşkil edən qurumumuza viza verib. Onlar aprelin 16-da krallığa səfər edəcəklər".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkə XİN-in sözçüsü Cabir Ənsari həftəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 11-12-də İranda səfərdə olacaq: "İki ölkə arasında müxtəlif sahələr üzrə müqavilələr imzalanacaq".

XİN sözçüsü deyib ki, aprelin 12-də İtaliyanın baş naziri Tehrana səfər edəcək: "Ölkələrimiz arasında ticarət sahəsinə dair müqavilələrin imzalanacağı gözlənilir".

Cabir Ənsari qeyd edib ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini də aprelin 16-da 7 nəfərlik nümayəndə heyəti ilə İrana səfər edəcək.

O, aprelin 11-də axşam saatlarında BMT-nin Suriya üzrə təmsilçisi Staffan de Mistura Tehrana gələcəyini də söyləyib.

"İranın xarici işlər naziri Məhəməd Cavad Zərif İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçiriləcək toplantısında iştirak etmək üçün İstanbula gedəcək", - deyə o bildirib. 

Son xəbərlər

Orphus sistemi