Səudiyyə Ərəbistanı İran səfirliyinin yerində tikiləcək Tacikistan parlamentinin binası üçün maliyyə ayırıb

Səudiyyə Ərəbistanı İran səfirliyinin yerində tikiləcək Tacikistan parlamentinin binası üçün maliyyə ayırıb İki ölkə arasında razılaşma 2016-cı ilin yanvarında əldə edilib
Region
2 May , 2017 13:58
Səudiyyə Ərəbistanı İran səfirliyinin yerində tikiləcək Tacikistan parlamentinin binası üçün maliyyə ayırıb

Bakı. 2 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Tacikistan parlamenti və Nazirlər Kabineti üçün binanın tikintisinə 200 milyon dollar ayıracaq.

“Report” Tacikistan KİV-inə istinadən xəbər verir ki, maliyyə vəsaiti qrant şəklində təqdim ediləcək.

Tacikistan parlamentinin binası Düşənbədə Kənd Təsərrüfatı Nazirliyi, şəhər meriyası, İran səfirliyi və bir neçə yaşayış binasının yerində tikiləcək. İki ölkə arasında parlament binasının tikintisi ilə bağlı razılaşma 2016-cı ilin yanvarında əldə edilib.

Bu il yanvarın 25-də Tacikistan parlamentinin sədri Şukurjon Zuxurov krallıqda səfərdə olub. Kral Salman ibn Əbdüləziz Səud onu qəbul edib. Kral Tacikistan ərazisindəki Roqun Su Elektrik Stansiyasının tikintisinin başa çatdırılmasında iştirak etmək imkanlarını nəzərdən keçirəcəyini də vurğulayıb. 

Xatırladaq ki, bu stansiyanın tikintisinə 1976-cı ildə başlanıb. Tikintinin dəyəri 2,2 milyard dollardır. İlkin olaraq 590 milyon dollar ehtiyac olduğu haqqında məlumatlar yayılıb. Bu stansiyanın tikintisinə İran da yardım edəcəyinə əvvəllər boyun olub. 

Son xəbərlər

Orphus sistemi