Yuxarı

​Səudiyyə Ərəbistanı İncirliyə qırıcı göndərib

Türkiyə XİN başçısı: Quruda əməliyyatlar da keçirmək lazımdır

Bakı. 13 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Suriyada Türkiyədəki İncirlik hərbi bazasına qırıcılar göndərib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Səudiyyə Ərəbistanının təyyarələri İncirliyə gələrək orada kəşfiyyat uçuşu edib: "Neçə qırıcı göndərəcəklər bilinmir".

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Suriyada terrorçu İŞİD qruplaşmasına qarşı ehtimal olunan quru əməliyyatlarında iştirak etmək üçün əsgər də göndərməyə hazır olduğunu bildirib.

"Quruda əməliyyatlar da keçirmək lazımdır. Belə bir strategiya olarsa, Türkiyə, Səudiyyə Ərəbistanı, bütün koalisya üzvləri quru əməliyyatına qatıla bilər", - o, vurğulayıb.

Qeyd edək ki, İncirlik hərbi bazası Türkiyənin Adana şəhərindən 8 km aralı, Suriya sərhədi yaxınlığında yerləşir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi