Yuxarı

Şərqi Avropa və Mərkəzi Asiyada orta təbəqə 2001-ci ildən bəri üç dəfə artıb

Neft böhranı, işsizlik və ekoloji tənəzzül bu inkişafı əks istiqamətə yönəldərək əldə edilmiş nəticələrin itirilməsinə səbəb ola bilər

Bakı. 10 fevral. REPORT.AZ/ Şərqi Avropa və Mərkəzi Asiyada orta təbəqə 2001-ci ildən bəri üç dəfə artıb. Belə ki, 2001-ci ildə bu rəqəm 33 milyon nəfər idisə, 2013-ci ildə göstərici 90 milyon nəfərə çatıb

BMT-nin Bakı ofisindən "Report"a verilən məlumata görə, bu barədə BMT-nin İnkişaf Proqramının yeni araşdırmasında məlumat verilir.

BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə Regional Bürosunun direktoru Cihan Sultanoğlunun sözlərinə görə, bu regionun hekayəsi dünyanın digər hissələrində baş verən hadisələrdən bir çox cəhətdən fərqlənir: "Gündə 10-50 ABŞ dolları civarında yaşayışını təmin edən insanların payı bu ölkələrin çoxunda faktiki olaraq artıb. Həmin dövr ərzində regionda yoxsul vəziyyətdə yaşayan insanların sayı 46 milyon nəfərdən (2001-ci il) 5 milyona (2013-ci il) qədər azalıb".

"Lakin regionun inkişafı təhlükə altındadır və əsas diqqət dayanıqlı inkişaf perspektivlərinin təkmilləşdirilməsinə yönəldilməlidir. Avropa, Rusiya və regionun digər ölkələrinin çoxunda əmtəə qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, pul köçürmələrinin getdikcə azalması və aşağı templi iqtisadi artım gəlir əldə etmək və iş yerlərinin yaradılması imkanlarını heçə endirir", - deyə C.Sultanoğlu bildirib.

Tədqiqata əsasən, gender fərqlərinin aradan qaldırılmasına sərmayə yatırılması yalnız qadınların vəziyyətini əsaslı şəkildə yaxşılaşdırmayacaq, həmçinin bütün region üzrə iqtisadi artım tempini sürətləndirəcək və rifah səviyyəsini yaxşılaşdıracaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi