Yuxarı

Yohannes Han: “Şərq tərəfdaşlığı” çərçivəsində gənclər və təhsil sahəsində əhəmiyyətli nəticələr əldə olunub”

“Şərq tərəfdaşlığı” barədə açıqlama

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində gənclər və təhsil sahəsində əhəmiyyətli nəticələr əldə olunub”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han Tbilisidə Avropa məktəbinin binasının təməlqoyma mərasimində bildirib.

Y.Han deyib ki, Avropa komissarı kimi onun prioriteti Avropa İttifaqı ilə qonşu olan ölkələrdə gənclərə yeni biliklərin əldə olunması və işlə təmin olunmasına dəstək verməkdir: “Bu məqsədlə biz “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində gənclər və təhsil sahəsində maliyyələşməni iki dəfə artırmışıq və əhəmiyyətli nəticələr əldə etmişik”.

Komissar qeyd edib ki, Avropa məktəbinin məzunlarının diplomları dünyanın bütün ali məktəbləri tanıyacaq.

Avropa məktəbi üçün yeni bina və 100 yerlik yataqxana Lisi gölü yaxınlığında inşa olunacaq. Tbilisi meriyası təhsil müəssisəsi üçün 26 099 kvadrat metr torpaq sahəsi ayırıb. Təhsil kompleksinin inşasının 2023-cü ildə başa çatacağı gözlənilir.

Təməlqoyma mərasimində Gürcüstanın baş naziri Giorgi Qaxaria, təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili, Tbilisi meri Kaxa Kaladze və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr - Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynadan olan tələbələrin təhsil aldığı Avropa məktəbi ötən ilin sentyabrında açılıb. Təhsil ocağı Tbilisi şəhərində yerləşən “Yeni məktəb” adlı özəl məktəbdə fəaliyyət göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi