Yuxarı

Şərq Əməkdaşlığı ölkələri kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı müzakirə edəcəklər

Konfransda Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukraynadan təmsilçilər və beynəlxalq ekspertlər iştirak edəcəklər

Bakı. 11 noyabr. REPORT.AZ/ Noyabr ayının 12-14-də Kişinyovda Şərq Əməkdaşlığı ölkələrinin kibercinayətkarlıqla mübarizə üzrə konfransı keçiriləcək. "Report"un verdiyi xəbərə görə, tədbir kibercinayətkarlıqla mübarizə üzrə  üçillik layihə çərçivəsində Moldovanın Ədliyyə Nazirliyinin dəstəyi ilə Avropa Şurası tərəfindən təşkil olunub. 

AŞ mətbuat xidmətinin məlumatına görə, konfransda Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukraynadan təmsilçilər və beynəlxalq ekspertlər iştirak edəcəklər. Tədbir iştirakçıları kibertəhlükəsizlik siyasətini, hüquq-mühafizə və məhkəmə orqanlarının nümayəndələri üçün müvafiq treninqlərin keçirilməsini müzakirə edəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi