Yuxarı

Sərnişin təyyarəyə civə keçirib, Almatı hava limanından 6 istiqamətə uçuş təxirə salınıb

Mətbuat xidməti: O, heç bir xəbərdarlıq etmədən həmin mayeni zibil qutusuna atıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Qazaxıstanın Almatı beynəlxalq hava limanından 6 istiqamətə uçuş təxirə salınıb.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, buna səbəb aeroportda civə axıntısı olub.

Məlumata görə, oktyabrın 3-də səhər saatlarında sərnişinlər hava limanından təxliyə ediliblər.

Aeroportun mətbuat xidmətindən bildirilib ki, ümumilikdə 6 uçuş təxirə salınıb. Onlardan 3-ü daxili, 3-ü isə beynəlxaq reysdir: "Almatı-Tbilisi istiqamətinə uçan "Aer Astan" hava şirkətinə məxsus təyyarənin sərnişinlərinin üzərində keçirilən şəxsi yoxlama zamanı bir nəfərdə civə aşkarlanıb. Hava limanının əməkdaşları uçuşun təhlükəsizliyi baxımından ondan mayeni təhvil verməsini istəyiblər. O isə heç bir xəbərdarlıq etmədən həmin mayeni zibil qutusuna atıb, maye axmağa başlayıb. Ona görə də sərnişinlər təxliyə edilib. Hazırda hava limanının iş rejimi bərpa olunub".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi