Yuxarı

Ermənistan parlamenti sədrinin keçmiş müavini Sarqsyanın partiyasından çıxıb

Bakı. 11 fevral. REPORT.AZ/ Ermənistan parlamenti sədirinin keçmiş müavini Arpina Ovannisyan keçmiş hakim Respublikaçılar Partiyasında fəaliyyətini dayandırıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, bu barədə özünün “facebook” səhifəsində yazıb.

“16 il dövlət xidmətindən sonra 2018-ci ildə keçirilən parlament seçkiləri yeni fəaliyyət istiqaməti barədə fikirləşməyimə səbəb oldu”, - o yazıb.

Keçmiş vitse-spiker bundan sonra vəkillik fəaliyyəti ilə məşğul olacağını bildirib.

Otuz beş yaşlı Arpina Ovannisyan hüquqşünasdır. 2015-ci ilin sentyabrından 2017-ci ilin mayınadək ədliyyə naziri işləyib. 2012-2015-ci illərdə Serj Sarqsyanın başçılıq etdiyi Respblikaçılar Partiyasından deputat olub. 2017-2018-ci illərdə parlament sədrinin müavini vəzifəsini tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi