Yuxarı

Serj Sarqsyanın qardaşı Ermənistan büdcəsinə pul qaytarmağı rədd edib

Serj Sarqsyanın qardaşı Ermənistan büdcəsinə pul qaytarmağı rədd edib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyan hazırkı baş nazir Nikol Paşinyanın 11 sentyabr mitinqində çıxışı zamanı ondan “xalqdan oğurladıqları” pulları büdcəyə qaytarmağı tələb edərək bunun üçün bir həftə vaxt verməsinin “qanunsuz” olduğunu bildirib.

“Report”un “İnterfax”a istinadən verdiyi xəbərə görə, A.Sarqsyan həmin vəsaitin müsadirə olunması üçün heç bir qanuni əsasın olmadığını iddia edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi