Yuxarı
    Bağlamaq

    Serj Sarqsyan yeni nazirlər təyin edib

    Ermənistanın yeni maliyyə, nəqliyyat və rabitə, kənd təsərrüfatı və energetika nazirləri təyin edilib

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan hökumətə ilk təyinatlar edib. 

    Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

    Prezidentinin fərmanlarına əsasən, baş nazirin müavini Vaçe Qabrielyan beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri, David Arutyunyan isə hökumət aparatının naziri-rəhbəri vəzifəsində qalıb.

    Vardan Aramyan yeni maliyyə naziri, Vaan Martirosyan yeni nəqliyyat və rabitə naziri, İqnati Arakelyan yeni kənd təsərrüfatı naziri, Aşot Manukyan isə yeni energetika və təbii sərvətlər naziri təyin olunub.

    Aleksan Arutyunyan Prezident Administrasiyasının rəhbərinin müavini təyin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi