Bakı. 4 fevral. REPORT.AZ/ Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan 2008-ci il martın 1-dəki hadisələrlə bağlı Xüsusi İstintaq Komitəsində 5 saat ifadə verib.
“Report” xəbər verir ki, məlumatı “Armtimes” şəxsi mənbələrinə əsasən yayıb.
Onun bu işlə bağlı istintaqa yenidən çağırılacağı da vurğulanıb.
Xatırladaq ki, Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçatryan eks-prezidentin ifadə vermək üçün quruma çağırılacağını bildirmişdi.
Qeyd edək ki, Serj Sarqsyan 2008-ci ilin fevral ayında keçirilən prezident seçkilərində namizəd olaraq iştirak edib. O vaxt Ermənistanın