Serj Sarqsyan istintaqa çağırılıb

Serj Sarqsyan istintaqa çağırılıb Bakı. 16 avqust. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan istintaqa çağırılıb.
Region
16 Avqust , 2018 15:02
Serj Sarqsyan istintaqa çağırılıb

Bakı. 16 avqust. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan istintaqa çağırılıb.

"Report" “İnterfax”a istinadən xəbər verir ki, bunu ölkənin Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan deyib.

Onun sözlərinə görə, sabiq dövlət başçısı 2008-ci ildə keçirilən prezident seçkilərindən sonra paytaxt Yerevanda baş verən hadisələr görə başlanılan cinayət işinin istintaqı çərçivəsində dindiriləcək. S.Xaçatryan qeyd edib ki, hazırda Xüsusi İstintaq Xidməti S.Sarkisyanın nə vaxt və hansı suallara cavab verəcəyini müəyyənləşdirir.

Qeyd edək ki, 2008-ci ilin martın 1-də Ermənistanda polis və ordu dinc etiraz aksiyası iştirakçılarına qarşı güc tətbiq edib. Nəticədə 10 nəfər ölüb, 250 nəfər yaralanıb. Həmin seçkilərdə prezident Robert Koçaryan hakimiyyəti Serj Sarqsyana ötürüb. 

Son xəbərlər

Orphus sistemi