Serj Sarqsyan: “Ermənistan tərəfi 18 hərbçisini itirib, 35 nəfər yaralanıb”

Serj Sarqsyan: “Ermənistan tərəfi 18 hərbçisini itirib, 35 nəfər yaralanıb” Ermənistan prezidenti: “Bu hadisələrin nə ilə nəticələnəcəyi məlum deyil”
Region
2 Aprel , 2016 19:46
Serj Sarqsyan: “Ermənistan tərəfi 18 hərbçisini itirib, 35 nəfər yaralanıb”

Bakı. 2 Aprel. REPORT.AZ/ Ermənistan silahlı qüvvələri şənbə gününə keçən gecə və gün ərzində Azərbaycan Ordusu ilə döyüş zamanı 18 hərbçisini itirib, 35 nəfər yaralanıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan şənbə günü keçirdiyi Milli Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Bu, 1994-cü ildə atəşkəs rejimi əldə olunduqdan sonra ən irimiqyaslı hərbi əməliyyatlardır", - deyə S.Sarqsyan bildirib.

Onun sözlərinə görə, “hazırda əldə edilən məlumatlara görə, 18 erməni hərbçisi ölüb, 35-i yaralanıb”.

Ermənistan prezidenti qeyd edib ki, “bu hadisələrin nə ilə nəticlənəcəyi məlum deyil, çünki təmas xəttində gərginlik hələ də müşahidə olunmaqdadır”.

Son xəbərlər

Orphus sistemi