Serj Sarkisyanın qardaşı axtarışlardan sonra evini tərk edib

Serj Sarkisyanın qardaşı axtarışlardan sonra evini tərk edib Bakı. 5 iyul. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan evində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan uzunmüddətli axtarışlardan sonra mənzilini tərk edib.
Region
5 İyul , 2018 00:44
Serj Sarkisyanın qardaşı axtarışlardan sonra evini tərk edib

Bakı. 5 iyul. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan evində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan uzunmüddətli axtarışlardan sonra mənzilini tərk edib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Məlumata görə, Serj Sarkisyanın qardaşı dövlət seriya nömrəli avtomobilə əyləşərək evdən uzaqlaşıb. O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları A.Sarkisyanın evindən bükülmüş əşya – çox güman ki, tüfəng, həmçinin şəkil aparıblar. O, iyunun 25-də qanunsuz silah saxlamaqda şübhəli bilinərək saxlanılıb. Lakin həmin gün azadlığa buraxılıb. Daha sonra Ermənistan polisinin rəhbəri Valeri Osipyan bildirib ki, onun evində tapılan silah qanuni olub.

İyulun 2-də müstəntiqlər eks prezidentin digər qardaşı Levon Sarkisyanı oğlu və qızı ilə birlikdə gəlir bəyannaməsindən yayınmaqda və qanunsuz olaraq varlanmaqda şübhəli bilərək, ondan başqa yerə getməmək haqqında iltizam alıblar. 

Son xəbərlər

Orphus sistemi