Yuxarı

Serj Sarqsyanın hakimiyyəti dövründə Ermənistanı 330 min əhali tərk edib

Təkcə 2014-cü ildə 47 min erməninin miqrasiya etdiyi qeyd edilir

Bakı. 10 fevral. REPORT.AZ/ Erməni mətbuatı, o cümlədən erməni lobbisinin vəsaiti hesabına Parisdə gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalı ermənilər arasında miqrasiya hallarının artması ilə bağlı həyəcan təbili çalmağa başlayıblar.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, KİV-lər hazırki iqtidarın yürütdüyü yarıtmaz siyasət nəticəsində Ermənistanı xoşbəxt gələcəyin gözləmədiyini anlayaraq ölkəni tərk edən vətəndaşların sayının ildən-ilə artdığını etiraf etməyə məcbur olublar.

Ermənistan Dövlət Statistika İdarəsinin rəsmi məlumatına istinad edən mətbuat təkcə 2014-cü ildə 47 min erməninin xarici ölkələrə miqrasiya etdiyini qeyd ediblər. Miqrasiya hallarının 2013-cü illə müqayisədə 12 faiz artdığı və bunun Ermənistan üçün əsl faciə olduğu, Serj Sarqsyanın hakimiyyətdə olduğu 7 il ərzində 330 min ermənin ölkəni tərk etdiyini diqqətə çatdırılıb.

Əlbəttə, mətbuat orqanları yuxarıda göstərilən rəqəmləri dövlətin marağından çıxış edən təşkilatın rəsmi məlumatından əldə ediblər. Amma qeyri-rəsmi məlumata görə, onların sayı qat-qat çoxdur.

Gələcəyi olmayan Ermənistanı tərk edən əhalinin 22 mininin ölkə vətəndaşlığından imtina etdiyi mətbuatda əksini tapıb. KİV-lər iqtisadiyyatı uçuruma yuvarlanan Ermənistanda təcili islahatlar aparılmadığı təqdirdə 2015-ci ildə miqrasiyanın kütləvi şəkil alacağını və ölkəni tərk edənlərin sayının daha da artacağını təşviş hissi ilə bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi