Sergey Lavrov: "Səfirin öldürülməsi alçaq terror aktıdır"

Sergey Lavrov: "Səfirin öldürülməsi alçaq terror aktıdır" Moskvada Rusiya və Türkiyə XİN başçılarının görüşü keçirilir
Region
20 Dekabr , 2016 12:43
Sergey Lavrov: Səfirin öldürülməsi alçaq terror aktıdır

Bakı. 20 dekabr. REPORT.AZ/ "Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi alçaq terror aktıdır".

"Report" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib.

"Moskva Rusiyanın Ankaradakı səfirinin ölümünə bu cür operativ reaksiya göstərdiyi üçün Türkiyəyə minnətdardır", - deyə nazir bildirib.

Onun sözlərinə görə, səfirin öldürülməsini araşdırmaq üçün Rusiyanın istintaq qrupu artıq Türkiyəyə gedib.

Son xəbərlər

Orphus sistemi