Sergey Lavrov: "Rusiyalı diplomatların ölkə xaricində qorunması üçün tədbirlər kompleksi hazırlanıb"

Sergey Lavrov: "Rusiyalı diplomatların ölkə xaricində qorunması üçün tədbirlər kompleksi hazırlanıb" Rusiya Prezidenti Vladimir Putin onu təsdiqləyib
Region
25 Yanvar , 2017 14:29
Sergey Lavrov: Rusiyalı diplomatların ölkə xaricində qorunması üçün tədbirlər kompleksi hazırlanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ "Rusiyalı diplomatların ölkə xaricində qorunması üçün tədbirlər kompleksi hazırlanıb və Prezident Vladimir Putin onu təsdiqləyib."

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı bildirib.

"Rusiyanın Ankaradakı səfiri Andrey Qennadiyeviç Karlovun öldürülməsi Rusiyanın əcnəbi ölkələrdəki təsisatlarının və onların əməkdaşlarının təhlükəsizliyinin artırlmasına ciddi zərurət olduğunu göstərdi. Hazırda orqanlararası formatda tədbirlər kompleksi hazırlanıb və Rusiya prezidenti bunu təsdiqləyib. Məhz bu tədbirlər kompleksi əsasında baş nazirə müvafiq təlimat verilib" - S.Lavrov vurğulayıb.

O, deputatlara müraciətində deyib ki, onların yerinə yetirilməsinə çalışırıq: "Bu işdə sizin də dəstəyinizə ümid edirik".

Son xəbərlər

Orphus sistemi