Yuxarı
    Bağlamaq

    Sergey Lavrov mayın 10-da Vaşinqtonda Reks Tillersonla görüşəcək

    Görüş zamanı beynəlxalq və ikitərəfli münasibətlərin aktual məsələlərinə dair fikir mübadiləsi aparılacaq

    Bakı. 8 may. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 9-dan 11-dək ABŞ-a işgüzar səfər edəcək.

    "Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.

    "Mayın 10-da Vaşinqtonda ABŞ dövlət katibi Reks Tillersonla danışıqlar nəzərdə tutulub. Görüş zamanı əsas beynəlxalq məsələlər və ikitərəfli münasibətlərə dair fikir mübadiləsinin aparılması gözlənilir", - XİN-in məlumatında deyilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi