Yuxarı
    Bağlamaq

    SEPAH Kim Kardaşyanı gizli casus adlandırıb

    İranda Hörümçək 2 əməliyyatı həyata keçirilib

    Bakı. 18 may. REPORT.AZ/ İranda "Instagram"dan "əxlaqsız məqsədlər" üçün istifadə etməkdə ittiham edilən 8 nəfər həbs olunub.

    "Report" "Euronews"a istinadən xəbər verir ki, ittihamlar bu tətbiqetmədə İslam Respublikasında qadağan edilmiş formada - hicabsız şəkildə şəkillərini paylaşan qadın modellərə qarşı irəli sürülüb.

    Həbslər təxminən iki il davam edən və gizli casusların model biznesinə daxil olduğu "Hörümçək 2" əməliyyatı çərçivəsində həyata keçirilib.

    Tehranın kompüter cinayətlər üzrə məhkəməsinin nümayəndəsinin sözlərinə görə, 8 nəfərin həbsindən başqa, 21 şübhəliyə qarşı cinayət işi açılıb. Ümumilikdə isə əxlaq qəyyumları "Instagram"da qızların fotolarını yerləşdirib paylaşan 170 nəfər müəyyən edib. Onlar arasında fotoqraflar, vizajistlər, modellər də var.

    Bundan başqa, İran İslam inqilabı keşikçiləri ordusu (SEPAH) məşhur amerikalı model Kim Kardaşyanı gizli casus adlandırıb. Onlar erməni əsilli modelin məqsədinin iranlı qadınları İslam prinsiplərinə zidd həyat tərzinə cəlb etmək olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi