Yuxarı
    Bağlamaq

    SEPAH-ın komandanı: "5 ölkədə 200 min silahlı gənc hazır vəziyyətdədir"

    Bölgədə baş verənlər imamın zühuru üçün şəraiti hazırlamaqdadır

    Bakı. 14 yanvar. REPORT.AZ/ "İranla ortaq hədəflər uğrunda mübarizə aparmaq üçün 5 ölkədə 200 minə yaxın silahlı gənc hazır vəziyyətdədir".

    "Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçilər Qvardiyasının (SEPAH) komandanı Əli Cəfəri Tehranda İslam Təhsili Strateji Araşdırma Mərkəzində keçirilən toplantıda bildirib.

    "Bölgədə baş verənlər imamın (12-ci İmam Mehdi ) zühuru üçün şəraiti hazırlamaqdadır. Bunun müsbət nəticəsi olaraq, Suriya, İraq, Əfqanıstan, Pakistan və Yəməndə 200 min silahlı gənc hazır vəziyyətdədir", - o, vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi