Yuxarı

​Senator: "ABŞ İrana qarşı sanksiyaları bərpa etməyə hazırdır"

Əgər İran kələkbazlıq etsə və sazişin şərtlərini yerinə yetirməzsə, Sanksiyalar bərpa olunacaq

Bakı. 31 dekabr. REPORT.AZ/ Amerikalı senator Lindsi Qrem sazişin yerinə yetirməməsi halında İrana qarşı sanksiyaların bərpa olunmasını vəd edib. Bu barədə "Report" "Haaretz"ə istinadən xəbər verir.

Bu yaxınlarda xarici təxsisat üzrə yarımkomitənin sədri vəzifəsinə keçməsi gözlənilən İsrailin baş naziri Binyamin Netanyahi ilə görüşüb. 

O, Netanyahuya söz verib ki, Konqres onların misalına əməl edəcək. Onlar, həmçinin İran nüvə proqramına dair son sazişin şərtlərini və onunla bağlı sanksiyaları müzakirə ediblər. 

"Gələn il yanvar ayında Kirk-Menendza qanun layihəsi üzrə səsvermə keçiriləcək. Səsvermə İranın danışıqları vaxtından əvvəl dayandırması halında sanksiyaların bərpa olunacağına dair düzəlişlə əlaqədar keçiriləcək. Əgər İran kələkbazlıq etsə və sazişin şərtlərini yerinə yetirməzsə, Sanksiyalar bərpa olunacaq", -  amerikalı siyasət bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi