Yuxarı

İslam Kərimov Səmərqənddə dəfn olunub - YENİLƏNİB

Özbəkistan prezidentinin qəbri XIX əsrdə tikilmiş Həzrəti-Xızır məscidinin yaxınlığındadır

Bakı. 3 sentyabr. REPORT.AZ/ Özbəkistan prezidenti İslam Kərimovla vida mərasimindən sonra cənazə dəfn ediləcəyi məzaradək çiyində aparılıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, vida mərasimi keçirilən Səmərqəndin Raqistan meydanından Şahi-Zinde kompleksinədək 2 km-dir.

Məlumata görə, İslam Kərimovu son mənzilə şəhər əhalisi, xarici ölkədən rəsmi qonaqlar, siyasətçilər yola salıblar. 

Xəbərdə bildirilib ki, İslam Kərimovun qəbri XIX əsrdə tikilmiş Həzrəti-Xızır məscidinin yaxınlığındadır.

*** 12:59

Səmərqənddə Özbəkistan prezidenti İslam Kərimovla vida mərasimi keçirilir. 

"Report" "İnterfax"a istinadən xəbər verir ki, mərasimdə dövlət başçıları, xarici ölkələrin nümayəndələri, ölkə ictimaiyyətinin təmsilçiləri və jurnalistlər iştirak edirlər. 

Məlumata görə, vida mərasimi Özbəkistan prezidentinin bu şəhərdəki iqamətgahında keçirilir.

Qeyd edək ki, İ.Kərimov Səmərqənddə tarixi Şahi-Zində qəbiristanlığında, ata-anasının qəbri yanında dəfn ediləcək. Son 20 ildə bu qəbiristanlıqda dəfn edilən olmayıb.

Şahi-Zində qəbiristanlığı IX əsrdə yaradılıb. Orada IX-XIV və XIX əsrlərə aid 20-dən artıq tarixi tikili var. Şahi-Zinə - Diri şah deməkdir. Bu qəbirstanlılqa bağlı rəvayətlərdən birində deyilir ki, Məhəmməd peyğəmbərin əmisi oğlu Hüsam ibn-Abbas İslam dinini yaymaq üçün kiçik bir qrupla Səmərqəndə gedib. Orada yerli sakinlər tərəfindən oxla vurularaq, öldürülüb və kafirlərdən yayınaraq, iki dağın arasında yaşayır. Başqa versiyaya görə, o quyuya enib. Onun hazıərda həmin ərazidə yaşadığınıa inananlar da var. Teymuri memarlığında ən önəmli yeri türbələr tutur. Teymuri türbə memarlığının ən önəmli örnəklərindən biri Səmərqənddəki Şahi-Zində kompleksidir.

Bu kompleks Səmərqəndin başqa tarixi abidələri ilə birlikdə YUNESKO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilib.

FOTO: RBK

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi