Səmərqənd hava limanı bağlanıb

Səmərqənd hava limanı bağlanıb ABŞ-ın Mülki Aviasiya İdarəsi: "Hava limanına bütün uçuş və enişlərin bu tarixdə bağlanması rəsmi olaraq təsdiqlənib"
Region
2 Sentyabr , 2016 17:48
Səmərqənd hava limanı bağlanıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Sentyabrın 3-də Özbəkistanın Səmərqənd şəhərinin hava limanına bütün uçuş və enişlər bağlı olacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

"Hava limanına bütün uçuş və enişlərin bu tarixdə bağlanması rəsmi olaraq təsdiqlənib. Bu tarix üçün əvəllki icazələr təxirə salınıb", - idarə bildirib.

Xatırladaq ki, Səmərqənd Özbəkistan prezidenti İslam Kərimovun anadan olduğu şəhərdir. "Reuters"in məlumatına görə o, bu gün vəfat edib. İslam Kərimovun bu şəhərdə dəfn ediləcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi