Yuxarı

Səfirlik: "Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiqi turistlərə maneə törətməyəcək"

Bu plan təhlükəsizlik tədbirlərinin gücləndirməsi ilə konstitusion hüquq normaları çərçivəsində tətbiq ediləcək tədbirlər paketidir

Bakı. 22 iyul. REPORT.AZ/ "Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiqi xarici vətəndaşların ölkəyə səyahəti və istirahət etməsinə heç bir maneə törətməyəcək". 

Bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumatda bildirilib. 

Məlumatda qeyd olunub ki, iyulun 21-dən etibarən ölkə ərazisində elan olunmuş fövqəladə vəziyyət dövlətin vətəndaşların hüquq və azadlıqlarına yönəlmiş təhdidə qarşı mübarizə aparması məqsədilə atılıb: "Bu plan təhlükəsizlik tədbirlərinin gücləndirməsi ilə konstitusion hüquq normaları çərçivəsində tətbiq ediləcək tədbirlər paketidir. Sənəddə əsas hüquq və azadlıqları məhdudlaşdıracaq məqam yoxdur. Təhlükəsizlik tədbirləri Türkiyə vətəndaşlarının gündəlik həyatına, xarici vətəndaşların ölkəmizə səyahəti və istirahət etməsi, həmçinin beynəlxalq turizm və hava nəqliyyatına heç bir maneə törətməyəcək. Turistlərin ölkəmizdə istirahətlərini təhlükəsiz şəkildə keçirmələri üçün heç bir problem yoxdur". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi