​Səfirlik:Türkiyə Rusiya ilə vizasız rejimi ləğv etməyəcək

​Səfirlik:Türkiyə Rusiya ilə vizasız rejimi ləğv etməyəcək Rusiya 2016-cı il yanvarın 1-dən Türkiyə vətəndaşlarına qarşı viza rejiminin tətbiqi haqda qərar qəbul edib
Region
4 Dekabr , 2015 14:09
​Səfirlik:Türkiyə Rusiya ilə vizasız rejimi ləğv etməyəcək

Bakı. 4 dekabr. REPORT.AZ/ "Türkiyə Rusiya vətəndaşlarını dost saydığından onların ölkəyə səfər etməsi üçün vizasız rejimi ləğv etməyəcək".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfirliyindən bildiriblər.

Səfirlikdən verilən məlumata görə, iki ölkə arasında münasibətlərin gərgin olmasına baxmayaraq, Türkiyə Rusiya vətəndaşlarına qarşı viza rejimini tətbiq etmək niyyətində deyil.

Qeyd edək ki, Rusiya 2016-cı il yanvarın 1-dən Türkiyə vətəndaşlarına qarşı viza rejiminin tətbiq olunması haqda qərar qəbul edib. 

Son xəbərlər

Orphus sistemi