Səfir: "Türkiyə prezidenti mart ayının birinci yarısında Rusiyaya səfər edəcək"

Səfir: "Türkiyə prezidenti mart ayının birinci yarısında Rusiyaya səfər edəcək" Türkiyə və Rusiya prezidentlərinin görüşündə ikitərəfli münasibətlərin yaxşılaşdırılması üzrə növbəti addımlar müzakirə olunacaq
Region
3 Fevral , 2017 11:43
Səfir: Türkiyə prezidenti mart ayının birinci yarısında Rusiyaya səfər edəcək

Bakı. 3 fevral. REPORT.AZ/ Türkiyə prezidentinin Rusiyaya səfərinin mart ayında olacağı gözlənilir. Gündəlikdə isə yenə də ikitərəfli münasibətlərin yaxşılaşdırılması olacaq.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks"a müsahibəsində Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz bildirib.

"Prezident Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri mart ayının birinci yarısına planlaşdırılır. Səfər çərçivəsində onun Rusiya prezidenti Vladimir Putinlə son yarım ildə dördüncü görüşü keçiriləcək", - deyə, H.Diriöz vurğulayıb.

Diplomatın sözlərinə görə, qarşıdakı görüşdə bir sıra sahələrdə ikitərəfli münasibətlərin qurulması və yaxşılaşdırılması üzrə növbəti addımların müzakirə ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi