Səfir Türkiyə-Gürcüstan sərhədində yük avtomobillərinin keçidinin gecikməsinə münasibət bildirib

Səfir Türkiyə-Gürcüstan sərhədində yük avtomobillərinin keçidinin gecikməsinə münasibət bildirib Zəki Levent Gömrükçü: "Hazırda gömrük buraxılış məntəqələrində pasport yoxlamaları daha ciddi şəkildə həyata keçirilir"
Region
27 İyul , 2016 18:42
Səfir Türkiyə-Gürcüstan sərhədində yük avtomobillərinin keçidinin gecikməsinə münasibət bildirib

Tbilisi. 27 iyul. REPORT.AZ/ "Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiqi gömrük buraxılış məntəqələrində gecikmələrə səbəb olur". 

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Zəki Levent Gömrükçü bu gün keçirdiyi mətbuat konfransında iki ölkə arasındakı Sarp gömrük buraxılış məntəqəsində iri tutumlu yük avtomobillərinin keçidi zamanı uzun növbələrin yaranmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hazırda gömrük buraxılış məntəqələrində pasport yoxlamaları daha ciddi şəkildə həyata keçirilir: "Problem həm də yay mövsümü ilə əlaqədardır. Əslində, əsas səbəb sözügedən gömrük buraxılış məntəqəsinin mövcud yükdaşımaları tam qəbul etmək gücündə olmaması ilə bağlıdır". 

Səfir əlavə edib ki, Türkiyənin gömrük sistemində "vahid pəncərə" mexanizminə keçilməsi üçün hazırlıq işləri gedir: “Gürcüstan-Türkiyə gömrük buraxılış məntəqəsində bütün sənədlər "bir əl"də yoxlandığı halda eyni işi bizim tərəfdə 5 ayrı əməkdaş həyata keçirir. Təbii ki, bu da əlavə vaxt itkisi deməkdir. Bunun qarşısını almaq üçün Türkiyə tərəfi də oxşar təcrübədən yararlanmaq niyyətindədir və hazırda bu istiqamətdə zəruri addımlar atılır”. 

Zəki Levent Gömrükçü Gürcüstan, Azərbaycan və digər ticarət tərəfdaşları ilə yaranmış vəziyyətdən ən çox Türkiyənin zərər çəkdiyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi