Zurab Pataradze: “Gürcüstandan Azərbaycana səfər edənlərin sayı artır”

Zurab Pataradze: “Gürcüstandan Azərbaycana səfər edənlərin sayı artır” “Gürcüstandan Azərbaycana səfər edənlərin sayında artım müşahidə olunur”.
Region
17 İyul , 2019 22:49
Zurab Pataradze: “Gürcüstandan Azərbaycana səfər edənlərin sayı artır”

“Gürcüstandan Azərbaycana səfər edənlərin sayında artım müşahidə olunur”.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” proqramına müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, birbaşa aviareyslərin olması çox vacibdir: “Aviareyslərin sayının artırılması turizmin inkişafına imkan yaradır. Ölkələrimizin paytaxtları arasında hər gün üç aviareys xidmət göstərir”.

Z.Pataradze bu yaxınlarda Bakı-Batumi istiqaməti üzrə birbaşa aviareysin açıldığını xatırladaraq, onun ilk gündən sərnişinlərlə dolu olduğunu bildirib: “Bu reys Qaradəniz sahillərinə, Batumiyə səyahət etmək imkanı yaradır. İnanırıq ki, həmin reys təkcə mövsümi yox, il boyu dolu olacaq, daha çox gediş-gəliş olacaq və bu da ölkələrimiz arasında olan əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək”.

Diplomat qeyd edib ki, Gürcüstan və Azərbaycan faktiki olaraq üçüncü ölkələrin nümayəndələrinə birgə turist paketləri təklif edə bilər: “Bu o deməkdir ki, xarici vətəndaşlar regiona gəldikdə, eyni vaxtda iki ölkəni ziyarət edə bilər, iki ölkənin mədəniyyəti, ənənəsi, memarlığı və s. ilə tanış ola bilərlər”.

Səfir Azərbaycanın həqiqətən uğurlu ölkə olduğunu qeyd edib: “Digər sahələrdə olduğu kimi, turizm sahəsində də mühüm addımlar atılır, müxtəlif turizm növləri inkişaf etdirilir. Burada “Formula-1”, Avropa liqası çempionatının finalı kimi çox əhəmiyyətli və böyük beynəlxalq tədbirlər keçirilir. Bir neçə gündən sonra isə olimpiada keçiriləcək və burada gürcü idmançılar da iştirak edəcəklər”.

Son xəbərlər

Orphus sistemi