Səfir: “Gürcüstan-Azərbaycan münasibətlərinin gələcəyini heç bir təhdid gözləmir”

Səfir: “Gürcüstan-Azərbaycan münasibətlərinin gələcəyini heç bir təhdid gözləmir” “Azərbaycan və Gürcüstan hər zaman dost olub, dostuq və gələcəkdə də dost qalacağıq”.
Region
18 İyul , 2019 03:02
Səfir: “Gürcüstan-Azərbaycan münasibətlərinin gələcəyini heç bir təhdid gözləmir”

Azərbaycan və Gürcüstan hər zaman dost olub, dostuq və gələcəkdə də dost qalacağıq”.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” proqramına müsahibəsində bildirib.

Səfir bildirib ki, hər iki ölkə bir-birinə doğmadır: “Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır və bizim gələcəyimizi heç bir təhdid gözləmir. Sizi buna əmin edirəm”.

Z.Pataradze Azərbaycanın Gürcüstanın strateji tərəfdaşıdostu olduğunu qeyd edib: “Ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Siyasi, iqtisadi-ticari, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıqla yanaşı, birlikdə mühüm iqtisadi layihələr həyata keçirilir. Əminəm ki, biz iki dost ölkə olaraq hələ daha çox uğurları birlikdə bayram edəcəyik”. 

Son xəbərlər

Orphus sistemi