Yuxarı

Səddam Hüseynin mühafizəçisinin meyiti Türkiyədə yaşadığı evdə aşkarlanıb

Səddam Hüseynin mühafizəçisinin meyiti Türkiyədə yaşadığı evdə aşkarlanıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Türkiyənin Şanlıurfa əyalətində İraqın keçmiş prezidenti Səddam Hüseynin mühafizəçisi olmuş Adnan Jerri Shmailin meyiti aşkarlanıb. 

“Report” “thmhaber”ə istinadən xəbər verir ki, 68 yaşlı keçmiş cangüdənin meyitini yaxınları tapıblar.  

O, Şanlıurfa əyalətinin Mərkəzi Haliliyə rayonunun Veysel Karani məhəlləsində yaşayırmış. Adnan Jerri Shmailin meyiti buradakı evindən aşkarlanıb.  

Məlumata görə, İraqın keçmiş lideri Səddam Hüseyn edam edildikdən sonra A.J.Shmaili ailəsi ilə birlikdə Türkiyəyə köçübmüş. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi