Yuxarı

​Saxalin adasının şimalında dənizdə 7 nəfər itkin düşüb

Hazırda onların axtarışları aparılır

Bakı. 28 iyul. REPORT.AZ/ Rusiyanın Saxalin adasının şimalında, dənizdə yeddi nəfər itkin düşüb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, itkin düşənlərin balıqçılar olduğu bildirilir. 

Hazırda onların axtarışları aparılır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin yatydığı məlumata görə, yoxa çıxmış beş nəfərlik qayıqda yeddi nəfər olub.

"İlkin məlumata görə, itkin düşənlər qayıqda yeddi nəfər olublar. Onlardan beşi kişi, ikisi qadın imiş. Bundan əlavə, itkin düşmüş qrup üzvlərinin tam və ya qismən sərxoş vəziyyətdə olmaları haqda məlumatlar daxil olub" – deyə məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, bu gün axtarış işlərinə iki helikopter cəlb ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi