Ermənistanın keçmiş prezidenti ilə sabiq nazir üzləşdirilib

Ermənistanın keçmiş prezidenti ilə sabiq nazir üzləşdirilib Ermənistanın Xüsusi İstintaq Xidmətində ölkənin keçmiş prezidenti Serj Sarqsyanla sabiq kənd təsərrüfatı naziri Serqo Karapetyanın iştirakı ilə üzləşmə keçirilib.
Region
16 Dekabr , 2019 12:51
Ermənistanın keçmiş prezidenti ilə sabiq nazir üzləşdirilib

Ermənistanın Xüsusi İstintaq Xidmətində ölkənin keçmiş prezidenti Serj Sarqsyanla sabiq kənd təsərrüfatı naziri Serqo Karapetyanın iştirakı ilə üzləşmə keçirilib.

“Report” “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, Serj Sarqsyanın üzləşməsi barədə vəkili Aram Makinyan bildirib.

Vəkil Sarqsyanla kimin və harada üzləşməsinin keçirildiyi barədə məlumat verməyib.

Onun sözlərinə görə, üzləşmə dövlət əmlakının mənimsənilməsi faktı üzrə cinayət işi çərçivəsində aparılıb.

Məlumata görə, bir müddət əvvəl Serqo Karapetyanın Serj Sarqsyana qarşı ifadə verdiyi barədə xəbərlər yayılmışdı.

Ermənistanın keçmiş prezidenti 2013-cü il yanvarın 25-dən fevralın 7-dək 498 mln. dram (bir milyon dollardan artıq) məbləğində dövlət əmlakını mənimsəmək və talan etməkdə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi