Yuxarı

​Sarqsyanın təyyarəsini partlatmaq istəyən şəxs azadlığa buraxılıb

Martirosyan cinayətkar qrup ilə əməkdaşlıqda ittiham olunurdu

Bakı. 12 aprel. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatına görə, prezident Serj Sarqsyanın təyyarəsini partlatmağı planlaşdıran cinayətkar qrupun üzvlərindən biri olan Aqasi Martirosyan bazar ertəsi azadlığa buraxılıb.

"Report" xəbər verir ki, bu barədə "news.am" saytına vəkil Liana Balyan məlumat verib.

"MTX-nin istintaq orqanı Martirosyanın həbs müddətinin uzadılmasını məqsədəuyğun hesab etmədi", - deyə o bildirib.

Martirosyan cinayətkar qrup ilə əməkdaşlıqda ittiham olunurdu.

MTX 25 noyabr 2015-ci il tarixində İrəvanda 1997-ci ildən İspaniyada yaşayan və 2015-ci ilin aprelindən müvəqqəti olaraq paytaxta yerləşmiş Ermənistan vətəndaşı Artur Vardanyanın başçılıq etdiyi silahlı qruplaşmanın saxlandığını məlumat verib.

Qurumun məlumatına görə, qrup noyabrın 29-da BMT-nin İqlim sammitində iştirak etmək üçün Fransaya uçmalı olan prezident Serj Sarqsyanın təyyarəsini partlatmağı planlaşdırıbmış.

İş üzrə 30-dan çox şəxs həbs olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi