Yuxarı

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması haqda protokol geri götürülüb

İki ölkə arasında diplomatik münasibətlərin normallaşmasına dair protokol 2009-cu ildə imzalanıb

Bakı. 16 fevral. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan Türkiyə ilə diplomatik münasibətlərin normallaşdırılması haqda protokolun geri götürülməsi haqda qərar qəbul edib.

"Report"un məlumatına görə, bu barədə xəbər Ermənistan prezidentinin rəsmi saytında yerləşdirilib.

Xəbərdə bildirilib ki, o, Türkiyə prezidentinə göndərdiyi müraciətdə məsələyə dair protokolun 6 il öncə imzalandığını və bu müddət ərzində heç bir nəticə olmadığını vurğulayıb.

S.Sarqsyan protokolun geri götürülməsi qərarı ilə bağlı Ermənistan parlamentinin sədri Qalust Saakyana da məktub göndərib.

Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlərin normallaşmasına dair protokol 2009-cu ilin oktyabr ayında Surixdə imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi