​Sarqsyan: Cəbhədə vəziyyət çox gərgindir

​Sarqsyan: Cəbhədə vəziyyət çox gərgindir Ermənistan prezidenti KTMT sammitində Qarabağda vəziyyətin gərginləşməsindən danışacaq
Region
8 Sentyabr , 2015 00:12
​Sarqsyan: Cəbhədə vəziyyət çox gərgindir

Bakı. 8 sentyabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbədə keçiriləcək sammitində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi barədə ətraflı danışmaq niyyətindədir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Sarqsyan Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşü zamanı bildirib.

"Rusiyaya, sizə Qarabağ münaqişəsinin həlli yollarının axtarışında göstərdiyiniz səylərə görə minnətdarlığımı bildirmək istərdim". 

Ermənistan rəhbəri deyib ki, son iki həftədə qoşunların təmas xəttində vəziyyət çox gərgindir: "Mən bu barədə KTMT-nin Düşənbədəki sammitində ətraflı danışacağam".

KTMT-nin sammiti sentyabrın 15-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi