Yuxarı

Sankt-Peterburqdakı müəssisələr Türkiyə mallarını almağa başlayıb

Türkiyə istehsalı olan malların sənədləşdirilməsi prosesi yubadıldığından bir çox müəssisələrdə işlər dayandırılıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Sankt-Peterburq müəssisələri Rusiya gömrük məntəqələrində saxlanılan Türkiyə istehsalı olan malları almağa başlayıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Sankt-Peterburq şəhəri sənaye siyasəti və innovasiya komitəsinin sədri Maksim Meyksin bildirib.

Qeyd edək ki, Rusiya gömrük məntəqələrində ölkəyə ixrac edilən Türkiyə istehsalı olan malların sənədləşdirilməsi prosesi yubadıldığından bir çox müəssisələrdə işlər dayandırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi