Sankt-Peterburqda vətəndaşları terror törətməyə cəlb etməkdə şübhəli bilinən 6 nəfər tutulub

Sankt-Peterburqda vətəndaşları terror törətməyə cəlb etməkdə şübhəli bilinən 6 nəfər tutulub Rusiya İstintaq Komitəsi: Hazırda onların metroda terror aktını törədənlə əlaqələrinin olmasına dair heç bir sübut yoxdur
Region
5 Aprel , 2017 14:08
Sankt-Peterburqda vətəndaşları terror törətməyə cəlb etməkdə şübhəli bilinən 6 nəfər tutulub

Bakı. 5 aprel. REPORT.AZ/ Sankt-Peterburqda Rusiya vətəndaşlarını terror törətmək məqsədilə ələ alan 6 nəfər şübhəli şəxs qismində tutulub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

Xəbərdə bildirilib ki, Orta Asiya respublikalarından olan həmin şəxslər Rusiyaya işləmək üçün gəliblər və 2015-ci ilin noyabrında Sankt-Peterburqda “Cəbhəte ən-Nusra” və İŞİD-ə cəlb edilməsi istiqamətində fəaliyyət göstəriblər.

Məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyinin regional idarələri və Qvardiyanın xüsusi təyinatlı yerli dəstəsi birlikdə bu il aprelin 5-də 6 şübhəlinin tutulması ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirib.

Xəbərdə onların bütün əlaqələrinin yoxlanıldığı qeyd olunub: “Hazırda şübhəlilərin Sankt-Peterburq metrosunda terror aktını törədənlə əlaqələrinin olmasına dair heç bir sübut yoxdur”.

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən terror nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi