Bakı. 4 aprel. REPORT.AZ/ Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində Rusiyanın 17 bölgəsinin sakini və 3 xarici ölkənin vətəndaşı xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko bildirib.
Onun sözlərinə görə, partlayış nəticəsində xəsarət alanlar arasında Özbəkistan, Belarus və Tacikstanın vətəndaşları var.
Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb