​Sankt-Peterburqda "Müsəlman mədəniyyəti günləri" keçiriləcək

​Sankt-Peterburqda "Müsəlman mədəniyyəti günləri" keçiriləcək Şəhərin 300 illik tarixində islama belə yaxından maraq göstərilməyib
Region
13 Aprel , 2016 14:44
​Sankt-Peterburqda Müsəlman mədəniyyəti günləri keçiriləcək

Bakı. 13 aprel. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhəri tarixində ilk dəfə beynəlxalq "Müsəlman mədəniyyəti günləri" keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda Rusiya Müftilər Şurasının saytında məlumat yer alıb.

Tədbir aprelin 27-dən mayın 6-dək davam edəcək.

"Sankt-Peterburqun 300 illik tarixində islama belə yaxından maraq göstərilməyib", - məlumatda vurğulanıb.

Tədbir Rusiya Müsəlmanları Ruhani İdarəsi, Lomonosov adına Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Rusiya Elmlər Akademiyası, Moskva İslam İnstitutu və İranın "Əl-Mustafa" Beynəlxaq Universiteti tərəfindən təşkil edilir. Aksiyanı Rusiya Təhsil Nazirliyi və Rusiya Dinlərarası Şura dəstəkləyir.

Tədbirdə bir sıra sərgilər, konfarnslar Quran qiraəti müsabiqəsi keçiriləcək. Bundan başqa, iranlı rejissor Məcid Məcidinin "Məhəmməd Allahın elçisidir" filmi də nümayiş etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi