Sankt-Peterburq metrosunda törədilən terrorun sifarişçisinin şəxsiyyəti müəyyənləşib - ƏLAVƏ OLUNUB

Sankt-Peterburq metrosunda törədilən terrorun sifarişçisinin şəxsiyyəti müəyyənləşib - ƏLAVƏ OLUNUB Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru məlumata verib
Region
20 Aprel , 2017 14:03
Sankt-Peterburq metrosunda törədilən terrorun sifarişçisinin şəxsiyyəti müəyyənləşib - ƏLAVƏ OLUNUB

Bakı. 20 aprel. REPORT.AZ/ Sankt-Peterburq metrosunda törədilən terrorun sifarişçisinin şəxsiyyəti müəyyənləşib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, terror aktı ilə bağlı istintaq davam edir və rəsmi ittiham elan olunub. 

Məlumata görə, terror aktı ilə bağlı 10-a yaxın adam tutulub. Aprelin 18-də metroda törədilən terrorun təşkilatçılarından biri olmaqda şübhəli bilinən Əbror Əzimovun məhkəməsi başlayıb.

Qeyd edək ki, Sankt-Peterburq metrosunda terror hücumu törətməkdə Akbarjon Cəlilov şübhəli bilinir.

RBK-nın verdiyi məlumata görə, Sankt-Peterburqda terroru törədənlərə terrorçu İŞİD qruplaşmasının “Əbu Cihad” ləqəbli ideoloqu təbilğatı ilə təsir göstərib. İslam Atabiyev (“Əbu Cihad”) 1983-cü ildə Qaraçay-Çərkəz Respublikasında anadan olub. O, Misirin Əl-Əzhər Universitetində təhsil alıb, 2011-ci ildən isə Suriya ərazisindədir. İ.Atabiyev İŞİD-in əsas ideoloqlarından sayılır: “O, şəxsən terror aktı planlaşdırmır. Ancaq imanla bağlı videoçarxlar yazaraq onun vacibliyinə inandırır”.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsi özünü "Sennaya meydanı" - "Texnologiya İnstitutu" stansiyaları arasında metronun dördüncü qatarında partladan A.Cəlilovun terrorçu-kamikadze olduğunu bildirib. İlkin məlumata görə, elə o, "Dirçəliş meydanı" stansiyasına bomba yerləşdirib. Terror aktı nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi