Sankt-Peterburq metrosunda partlayışla bağlı 8 nəfər saxlanılıb

Sankt-Peterburq metrosunda partlayışla bağlı 8 nəfər saxlanılıb Onların evlərində silah-sursat aşkar olunub
Region
7 Aprel , 2017 01:22
Sankt-Peterburq metrosunda partlayışla bağlı 8 nəfər saxlanılıb

Bakı. 7 aprel. REPORT.AZ/ Sankt-Peterburq metrosunda törədilən partlayışla bağlı açılan cinayət işi üzrə 8 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun bəyanatında bildirilir.

Məlumata görə, onlardan 6-sı Sankt-Peterburqda, 2-si isə Moskvada saxlanılıb.

Bildirilir ki, saxlanılan şəxslərin evlərinə baxış zamanı döyüş sursatları, odlu silah, həmçinin partlayıcı qurğular aşkar edilib.

Aprelin 3-də Sankt-Peterburq metropolitenində törədilən partlayış nəticəsində biri azərbaycanlı olmaqla 14 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi