Sabah Xəzərdə beş dövlətin iştirakı ilə beynəlxalq təlim başlayacaq

Sabah Xəzərdə beş dövlətin iştirakı ilə beynəlxalq təlim başlayacaq Təlimdə 600-dən çox canlı qüvvə və 100-ə yaxın texnika iştirak edəcək
Region
19 Sentyabr , 2016 10:11
Sabah Xəzərdə beş dövlətin iştirakı ilə beynəlxalq təlim başlayacaq

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran tərəfinin iştirakı ilə senytabrın 20-də Xəzərdə fövqəladə hallar üzrə beynəlxalq təlim keçiriləcək.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, "Kaspi-2016" adlanan təlimin Xəzərin Həştərxan vilayətinə aid hissəsində keçirilməsi nəzərdə tutulub.

Təlimdə 600-dən çox canlı qüvvə və 100-ə yaxın texnika iştirak edəcək. 

Məlumata görə, sentyabrın 22-də Həştərxanda "Risklərin qlobal tendensiyası və beynəlxalq əməkdaşlığın prioritetləri" mövzusunda beynəlxalq konfrans da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi