Sabah Moskvada Türkiyə, Rusiya və İran XİN başçılarının və müdafiə nazirlərinin görüşü keçiriləcək - ƏLAVƏ OLUNUB

Sabah Moskvada Türkiyə, Rusiya və İran XİN başçılarının və müdafiə nazirlərinin görüşü keçiriləcək - ƏLAVƏ OLUNUB Görüşdə Suriyadakı vəziyyət müzakirə olunacaq
Region
19 Dekabr , 2016 13:23
Sabah Moskvada Türkiyə, Rusiya və İran XİN başçılarının və müdafiə nazirlərinin görüşü keçiriləcək - ƏLAVƏ OLUNUB

Bakı. 19 dekabr. REPORT.AZ/ Türkiyə, Rusiya və İranın xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Məhəmmədcavad Zərif dekabrın 20-də Moskvada görüşəcək.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

İnformasiyaya görə, XİN başçılarının üçtərəfli görüşündə Suriyadakı vəziyyət müzakirə olunacaq.

İran KİV-in məlumatına görə, sabah Moskvada Türkiyə, Rusiya və İran müdafiə nazirləri Fikri İşık, Sergey Şoyqu və İHüseyn Dehqan da görüşəcək. Xəbərdə bildirilib ki, görüşdə Suriyadakı, xüsusi ilə Hələbdəki son vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, XİN başçılarının görüşü dekabrın 27-nə planlaşdırılmışdı. 

Son xəbərlər

Orphus sistemi