Sabah Gürcüstanın bəzi şəhərlərində yerli özünüidarəetmə orqanlarına seçkilərin II turu keçiriləcək

Sabah Gürcüstanın bəzi şəhərlərində yerli özünüidarəetmə orqanlarına seçkilərin II turu keçiriləcək Bu turda Kutaisi, Xaşuri, Kazbeqi, Borjomi, Ozurqeti və Martvili şəhərlərinin merləri seçiləcək
Region
11 Noyabr , 2017 23:50
Sabah Gürcüstanın bəzi şəhərlərində yerli özünüidarəetmə orqanlarına seçkilərin II turu keçiriləcək

Tbilisi. 11 noyabr. REPORT.AZ/ Noyabrın 12-də Gürcüstanın bəzi şəhərlərində yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu turda Kutaisi, Xaşuri, Kazbeqi, Borjomi, Ozurqeti və Martvili şəhərlərinin merləri seçiləcək.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının sözçüsü Anna Mikeladze bildirib ki, seçkilərin ikinci turu ümumilikdə 317 seçki məntəqəsində keçiriləcək. Bu 6 majoritar dairədə 328 min 272 seçici qeydə alınıb.

Səsvermənin gedişini 18 149 yerli müşahidəçi, 654 beynəlxalq müşahidəçi, həmçinin 4688 KİV nümayəndəsi izləyəcək.

Səsvermə səhər saat 8:00-da başlayacaq, 20:00-da başa çatacaq.

Gürcüstanda yerli seçkilərin birinci turu oktyabrın 21-də keçirilib. Birinci turda yuxarıda adları çəkilən şəhərlərin mer vəzifələri uğrunda mübarizə aparan namizədlərin heç biri 50,1 faiz səs toplaya bilməyib.

Son xəbərlər

Orphus sistemi