Yuxarı

Sabah Astanada İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı başlayacaq

Sabah Astanada İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı başlayacaq
Toplantı “İslam dünyasında elm, texnologiya, innovasiya və modernizasiya” şüarı altında keçiriləcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanada sentyabrın 9-11-də İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçiriləcək.

“Report” “Kazinform”a istinadən xəbər verir ki, bununla əlaqədar Astana şəhərinin daxili küçələrinin bəziləri bağlanacaq.

Qeyd edək ki, təşkilatın ötən il aprelin 14-15-də İstanbul sammitində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2017-ci ildə Astanada elm və texnologiya üzrə zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu toplantı “İslam dünyasında elm, texnologiya, innovasiya və modernizasiya” şüarı altında keçiriləcək.

Sentyabrın 9-da üzv ölkələrin elm və texnologiya sahəsi üzrə nazirlərinin müşavirəsi olacaq. Sammitin yekun siyasi sənədi - Astana qətnaməsi qəbul ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi