Mixail Saakaşvilinin Polşadan Ukraynaya keçmək istədiyi sərhəd məntəqəsi minalanıb

Mixail Saakaşvilinin Polşadan Ukraynaya keçmək istədiyi sərhəd məntəqəsi minalanıb Hazırda "Şeqini" buraxılış məntəqəsi giriş-çıxış üçün bağlanıb
Region
10 Sentyabr , 2017 20:58
Mixail Saakaşvilinin Polşadan Ukraynaya keçmək istədiyi sərhəd məntəqəsi minalanıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Polşa və Ukrayna sərhədində yerləşən "Şeqini" beynəlxalq buraxılış məntəqəsi minalanma xəbəri səbəbindən müvəqqəti olaraq bağlanıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin Qərb Regional İdarəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Şeremetə istinadən UNN məlumat yayıb.

"Şeqini" buraxılış məntəqəsi minalanıb. Minalama barədə məlumat daxil olub. Hazırda istehkamçıların gəlişini gözləyirik", - deyə o bildirib.

Odessa vilayətinin eks-qubernatoru və Gürcüstanda axtarışda olan sabiq prezident Mixail Saakaşvili sərhədin Polşa tərəfindədir və Ukrayna ərazisinə keçmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi