Saakaşvili: "Avropa Cənubi Qafqaz regionu ilə yaxınlaşmalıdır"

Saakaşvili: "Avropa Cənubi Qafqaz regionu ilə yaxınlaşmalıdır" "Biz Azərbaycanın rolunu yüksək qiymətləndirməliyik"
Region
29 Aprel , 2015 13:34
Saakaşvili: Avropa Cənubi Qafqaz regionu ilə yaxınlaşmalıdır

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Avropaya enerji daşıyıcılarının etibarlı idxalçısıdır. "Report" xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumundakı çıxışı zamanı deyib. 

Avropa İttifaqı və Avropa Qonşuluq Siyasətinin (AQS) gələcəyi haqqında danışan Saakaşvili qeyd edib ki, 2008-ci il hadisələrindən sonra Gürcüstanda yeni şərait yaranıb və bu da AQS-nin inkişafı zərurətini yaradıb. "Bəzi avropa siyasətçiləri hesab edirdilər ki, Gürcüstanda baş verənlər az təsadüf edilən hadisələrdəndir, lakin bu belə deyil. Və hadisələrin gedişi bunu təsdiq edib", - Gürcüstanın sabiq prezidenti qeyd edib. 

"Avropa Cənubi Qafqaz regionu ilə yaxınlaşmalıdır. Avropada artıq bunu dərk edirlər", - Saakaşvili vurğulayıb.

Onun sözlərinə görə, bugünkü Azərbaycan Aİ-nin islam radikalizmi ilə mübarizəsində ön xətdədir. O, həmçinin xatırladıb ki, Azərbaycan Avropaya enerji daşıyıcılarının etibarlı idxalçısıdır.

"Buna görə biz  Azərbaycanın rolunu yüksək qiymətləndirməliyik", - Saakaşvili bildirib. 

Son xəbərlər

Orphus sistemi