Rəcəb Tayyib Ərdoğanın inaqurasiyasında dünyanın 53 ölkəsindən nümayəndələr iştirak edəcək

Rəcəb Tayyib Ərdoğanın inaqurasiyasında dünyanın 53 ölkəsindən nümayəndələr iştirak edəcək Mərasimə 15 ölkənin dövlət başçısı qatılacaq
Region
26 Avqust , 2014 14:10
Rəcəb Tayyib Ərdoğanın inaqurasiyasında dünyanın 53 ölkəsindən nümayəndələr iştirak edəcək
Bakı. 26 avqust. REPORT.AZ/ Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 28-də keçiriləcək andiçmə mərasimində dünyanın 53 ölkəsindən nümayəndələr iştirak edəcəklər. 

Report TRT-yə istinadən xəbər verir ki, mərasimdə 15 ölkənin prezidentləri və dövlət başçıları, 2 parlament spikeri, 10 baş nazir, 7 XİN rəhbəri və bir baş nazir müavini iştirak edəcək. 

Xatırladaq ki, avqustun 10-da keçirilən prezident seçkilərinin nəticələrinə görə R.T.Ərdoğan 51,8% səs toplayaraq, Türkiyənin 12-ci prezidenti seçilib. 

Son xəbərlər

Orphus sistemi