Yuxarı

​Ruslar sanksiyaya görə məhv edilən məhsulların qalıqlarını evlərinə daşıyırlar

İnsanlar poliqonlardan əsasən pomidor, nektarin və şaftalı aparırlar

Bakı. 8 Avqust. REPORT.AZ/ Smolensk sakinləri məhv edilmək üçün nəzərdə tutulmuş məhsulları evlərinə aparmağa başlayıblar.

"Report" RBK-ya istinadən xəbər verir ki, insanlar poliqonlardan əsasən pomidor, nektarin və şaftalı aparırlar.

Yerli sakinlərin sözlərinə görə, "qadağan olunmuş" meyvələr istifadəyə yararlıdır.

Rusiyada artıq 348 ton sanksiyaya məruz qalmış məhsul məhv edilib. Ölkədə bəzi idxal məhsullarına embarqo Qərbin sanksiyalarına cavab olaraq tətbiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi